Avropada yeniyetmə koronavirusdan öldü


Dünya 30 Mar 2020 12:39:05 102 0

Avropada yeniyetmə koronavirusdan öldü

Bu, Avropada koronavirusdan ölən ən gənc insan sayılır

Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirusun qurbanı olub.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu, Avropada koronavirusdan ölən ən gənc insan sayılır.

Məlumata görə, yeniyetmədə pullu dəmrovdan (psoriaz) başqa heç bir xəstəlik olmayıb.

Qeyd edək ki, Portuqaliyada koronavirus daşıyıcılarının rəsmi sayı 5 962 nəfərdir. Virus qurbanlarının sayı isə 100-ü ötüb.

Xatırladaq ki, Böyük Britaniyada21 yaşlı gəncin koronavirusdan ölümü qeydə alınmışdı.