Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?


Digərləri 30 Mar 2020 12:24:00 104 0

Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?

Honkonq Universitetinin alimləri koronavirusun dörd dərəcə temperaturda uzun müddət aktiv qala bildiyini müəyyən ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Alimlər həmçinin, koronavirusun geyimlərin üzərində iki günə qədər qaldığını üzə çıxarıblar.

Araşdırmalar göstərib ki, dörd dəcəcə temperaturda uzun müddət stabil qalan koronavirus dezinfeksiya işləri aparılmadığı halda, yalnız 14 gün sonra zəifləməyə başlayır. Həmçinin, elmi adı "SARS-CoV-2" olan yeni tip koronavirusun yüksək temperatura davamsız olduğu, 70 dərəcə temperaturda beş dəqiqə ərzində təsirini itirdiyi qeyd olunub.

Hansı səthlərdə nə qədər qala bilər?