Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi


Siyasət 30 Mar 2020 11:58:00 80 0

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub.

Son.az Trend-ə istinadən bildirir ki, millət vəkili bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlər görülür:

"Seçicilərim mənə zəng vurular ki, apteklərdə tibbi maskalar tapılmır. Araşdırdıq və bəlli oldu ki, apteklərə gün ərzində 50-100 arası maska verilir və o da tələbatı ödəmir. Aidiyyəti qurumlara səslənirəm ki, bununla bağlı tədbirlər görülsün. Cənab Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələni diqqətdə saxlasınlar".

Son.az