Koronavirusu Ukraynada yayan qadın diz çöküb üzr istədi


Dünya 30 Mar 2020 11:30:00 86 0

Koronavirusu Ukraynada yayan qadın diz çöküb üzr istədi

Ukraynanın Çernovits əyalətinin Kolenkovtsı kəndinin sakini koronavirusu yaydığı üçün həmkəndlilərindən üzr istəyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Obozrevatel" məlumat yayıb.

Qadın çörəkpulu qazanmaq üçün getdiyi İtaliyadan yenicə qayıtmasına baxmayaraq, özünütəcrid tələblərinə riayət etməyib. Nəticədə, onda infeksiya aşkarlanıb.

Vətənində olduğu müddətdə o, aralarında öz uşaqları, nəvələri və bir neçə tanışı olmaqla, 14 nəfəri yoluxdurub.

Qadın onun bu hərəkətinin intiqamını qohumlarından almamağa çağırıb.

"Onları öldürməyin, istəyirsinizsə, məni öldürün, kəsin, doğrayın!", - deyə qadın göz yaşları içində deyib.