Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər


Siyasət 30 Mar 2020 11:32:00 84 0

Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər

Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Z.Əsgərov bildirib ki, artıq bir çox dövlətlər bu virusa qarşı mübarizəyə başlayıblar:

"İldə 4 dəfə çağırış olur. Hazırdakı vəziyyət belədir ki, apreldə olan çağırış mayın 30-qədər uzadılır. Çünki biz bu virusu hərbi hissələrə daşıya bilmərik. Əgər bu virus hərbi hissələrə keçsə, bunun qarşının ala bilmərik.

Dəmir nizam-intizam olmasa, pis olacaq. Bu gün bütün bəşəriyyət koronavirus pandemiyasına qarşı mübarizə aparır. Azərbaycanda qabaqlayıcı tədbirlər nəticəsində digər ölkələrdən fərqli olaraq virusun törətdiyi xəstəlik çox böyük fəsadlara gətirib çıxarmayıb".

Son.az