Nyu-York meri: “Koronavirusla mübarizə üçün dərman ehtiyatları azalıb”


Dünya 30 Mar 2020 11:13:39 103 0

Nyu-York meri: “Koronavirusla mübarizə üçün dərman ehtiyatları azalıb”

Nyu-York xəstəxanalarında tibb işçiləri ilə təminat baxımından getdikcə daha çox problem yaranır

© Axios

“Dərman ehtiyatlarımız 1həftəlik bəs edəcək. Amma süni nəfəs aparatları ilə bağlı problemimiz var”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Nyu-York şəhərinin meri Bill de Blazio koronavirusla mübarizədə yaranmış cari vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, aprelin 5-dək vəziyyətə tam nəzarət edə biləcəklər, amma bu tarixdən sonra yüzlərlə süni nəfəs aparatına ehtiyac yarana bilər. Eyni zamanda, Nyu-York meri xəstəxanaların tibb işçiləri ilə təminatında da getdikcə daha çox problem yarandığını bildirib.