65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü


Dünya 30 Mar 2020 10:48:00 115 0

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb.

Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib.

Qeyd olunur ki, cütlüyün 6 övladı və 18 nəvəsi var.