“2 ailəyə dəstək olan kimisə tanıyırsınız?”


Şou-biznes 30 Mar 2020 10:36:00 136 0

“2 ailəyə dəstək olan kimisə tanıyırsınız?”

Aparıcı Rövşanə Ağasəfqızı sosial media hesabında müğənniləri qınayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, Türkiyədəki sənətçiləri misal gətirərək azərbaycanlı ifaçıları kasıb ailələrə əl uzatmamaqda ittiham edib.

"Seda Sayan 360 ailəyə dəstək oldu. Xoşbəxt vaxtlarımızda toya 10-15 minə gedənlər var idi. Bizimkiləri deyirəm. Qiymətlərini 1 manat da aşağı salmırdılar. 2 ailəyə dəstək olan kimisə tanıyırsınızsa, adını yazsın, biz də alqış edək" deyə, R.Ağasəfqızı bildirib.