Mərakeşdə körpə koronavirusdan öldü


Dünya 30 Mar 2020 10:26:46 90 0

Mərakeşdə körpə koronavirusdan öldü

Mərakeş Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 450 nəfər virusa yoluxub

Mərakeşdə 17 aylıq körpə koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

Bildirilib ki, körpə virusa anasından yoluxub. Ölməzdən əvvəl körpə və anası koronavirus testindən keçiblər.

Hazırda onun anası Mərakeşdə Vecde Universitetinin xəstəxanasında karantindədir.

Mərakeş Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə 450 nəfər virusa yoluxub, 26 nəfər isə bu infeksiyadan ölüb.