ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək


Dünya 30 Mar 2020 10:24:00 105 0

ABŞ səhiyyəsi çökür: Minlərlə insan öləcək

ABŞ-ın Nyu York şəhərinin 1 həftəlik tibbi vasitələri qalıb.

Son.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə Nyu Yorkun meri Bill de Blasio çıxış edib. O, şəhərdə yüzlərlə xəstəxanada süni nəfəs aparatına ehtiyac olduğunu bildirib.

Şəhərin qubernatoru Endryü Komo isə bir daha xalqa xəbərdarlıq edərək, küçələrə çıxmamağı tövsiyə edib:

"8 min 500 insan müalicə alır. Minlərlə insanın öləcəyini düşünməkdən başqa çarəmiz yoxdur".