Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu


Digərləri 30 Mar 2020 10:18:00 122 0

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə fəaliyyətini dayandıran obyektlərin adlarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun Trend-ə verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

Məlumata görə, fəaliyyətini dayandıran obyektlər bunlardır:

bərbərxana və gözəllik salonları,

avtoyuma məntəqələri,

avtomobil təmiri sexləri,

avtomobil ehtiyat hissələrinin satışı mağazaları,

tikinti materiallarının satışı mağazaları,

kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar.

Qeyd edilir ki, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.