Rusiyalı professor koronavirusla bağlı nikbin proqnoz verdi


Dünya 30 Mar 2020 09:37:18 112 0

Rusiyalı professor  koronavirusla bağlı nikbin proqnoz verdi

Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq edilir

“Aprel ayında koronavirusun aqressivliyi azalacaq”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvanın 67 saylı xəstəxanasının elmi araşdırma bölməsinin müdiri, professor Vladimir Şumilov bildirib.

Onun sözlərinə görə, apreldə infeksiyanın yayılmasında azalma müşahidə oluna bilər:“Mən daha nikbin proqnoza köklənmişəm”.

Qeyd edək ki, mart ayının 30-dan etibarən yaşından asılı olmayaraq Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq edilir.