Fransa telekanalı Messini bənzəri ilə səhv saldı


Dünya 30 Mar 2020 09:30:00 89 0

Fransa telekanalı Messini bənzəri ilə səhv saldı

Fransada yayımlanan "M6" telekanalının müxbirləri canlı yayımda gülməli səhvə yol veriblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, telekanal "Barselona"nın əfsanəvi hücumçusu Lionel Messini onun bənzəri iranlı Rza Parasteşlə səhv salıb.

Qeyd etmək lazımdır ki, "M6" koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayıran idmançılar haqqında süjet hazırlayıb.

Süjet yayımlanarkən ekranda məşhur tennisçi Rocer Federerlə yanaşı Messinin əvəzinə R.Parasteşin şəkli əks olunub.