Bu ölkədə 14 yaşlı yeniyetmə koronavirusdan öldü


Dünya 30 Mar 2020 09:14:00 95 0

Bu ölkədə 14 yaşlı yeniyetmə koronavirusdan öldü

Portuqaliyada yeniyetmə COVID-19 virusundan ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə naziri Marta Temido deyib.

Onun sözlərinə görə, 29 mart tarixinə ölkədə təxminən 6 min yoluxma halı qeydə alınıb, indiyədək 119 nəfər ölüb.

Bildirilir ki, Ovar şəhərində yaşayan 14 yaşlı xəstədə əvvəllər immun çatışmazlığı ilə əlaqəli problemlərin olduğu üzə çıxıb.