Hindistanda koronavirusa yoluxanların sayı artıb


Dünya 30 Mar 2020 08:40:00 97 0

Hindistanda koronavirusa yoluxanların sayı artıb

Hindistanda COVID-19 virusundan ölənlərin sayı 27 nəfərə çatıb.

Hindistanda COVID-19 virusundan ölənlərin sayı 27 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Hindistanın səhiyyə və ailə rifahı nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə koronavirusa yoluxanların sayı 1 024 nəfərdir. Onlardan 48-si xarici ölkənin vətəndaşdır.

Eyni zamanda, 96 xəstə müalicə olunaraq evə buraxılıb.