Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR


Digərləri 30 Mar 2020 07:11:00 90 0

Arıqlamaq istəyənlərə ŞAD XƏBƏR

ABŞ-dakı İllinoys Universitetinin tədqiqatçıları kofeinin bədənin qan və yağ hüceyrələrində həddindən artıq yağ istehsalını dayandırdığını göstərib.

Son.az xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, gündə 4 stəkan şəkərsiz qəhvə bəzi qidalardan alınan yağların bədəndə yığılmasının qarşısını alır.

Tədqiqatçılar mate çayındakı kofeinlə qəhvədəki kofeinin oxşar təsir göstərdiyini müəyyən edib. Məlum olub ki, həm çaydakı, həm də qəhvədəki kofein yağ molekullarının üzərində güclü təsirə malikdir və yağ toplanmasını 20 ilə 40 faizə qədər azaltmaq gücünə malikdir.

Tədqiqatın sonunda kofein verilən siçanların çəkisinin kofein verilməyən siçanlarla müqayisədə daha az olduğu məlum olub.