Fransada koronavirusdan ölənlərin sayı 2 600 nəfəri ötdü


Dünya 30 Mar 2020 00:31:18 135 0

Fransada koronavirusdan ölənlərin sayı 2 600 nəfəri ötdü

Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.

Fransada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.

“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 2 606 nəfərə çatıb:

“Son 24 saatda ölkədə 262 nəfər dünyasını dəyişib. Bütövlükdə yeddi mindən çox şəxs müalicə olunaraq sağalıb. Fransada COVID-19-a yoluxma hallarının ümumi sayı demək olar ki, 40 200 nəfərdir. Hazırda ölkədə 19 mindən çox virus daşıyıcısı xəstəxanadadır.

Bunlardan təqribən 4 600 nəfəri reanimasiyadadır. Onların üçdə biri 60 yaşdan aşağıdır. Fransadakı xəstəxanalara müraciət edənlərin sayı dünəndən 10% artıb” - deyə, baş direktor bildirib.

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb.