Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı


Dünya 29 Mar 2020 23:45:00 110 0

Türkiyədə koronavirusa yoluxan polislərin sayı açıqlandı

Türkiyədə 20-dək polis koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, indiyədək virusa yoluxan polis əməkdaşlarından sağalanlar da var.

Qeyd edək ki, Türkiyədə Covid-19-dan 131 nəfər ölüb, 9 min 217 nəfər isə virus daşıyıcısıdır.