Moskvada insanların hərəkəti məhdudlaşdırılır


Dünya 29 Mar 2020 23:25:00 108 0

Moskvada insanların hərəkəti məhdudlaşdırılır

Martın 30-dan etibarən Moskva və Moskvaətrafı sakinləri üçün koronavirus səbəbindən özünütəcrid rejimi tətbiq ediləcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin rəsmi saytında məlumat dərc edilib. Məlumata görə, şəhər əhalisi yalnız mənzillərini təcili tibbi yardıma müraciət edərkən, işə gedərkən, mağaza və aptekə yollanarkən, zibil atarkən, ev heyvanlarını yaşayış yerindən 100 metr məsafədə gəzdirərkən çıxa biləcəklər.

Analoji tədbirlər Moskvaətrafında da tətbiq ediləcək.