Bu kişilər daha çox xəyanət edir TƏSDİQLƏNDİ


Digərləri 29 Mar 2020 22:30:00 112 0

Bu kişilər daha çox xəyanət edir  TƏSDİQLƏNDİ

Tədqiqat saqqallı kişilərin etibarsız olduğunu təsdiqləyib.

Son.az xəbər verir ki, əksər qadınlar saqqallı kişiləri cəlbedici hesab edir. Bu, kişilik və ailəsini qorumaq instinkti ilə assosiasiya edilir.

Ancaq mənfi bir "bonus" da var: saqqallı kişilərin 47%-i xəyanətə meyllidir.

Bu fakt "Evolution and Human Behavior" jurnalında dərc olunub.

Aparılan araşdırmada məlum olub ki, saqqal, yetkinliyi, testosteronun yüksək səviyyəsini göstərir və bu, kişiləri daha cəlbedici edir. Bu da onlara sevgilisi və ya xanımı olub-olmamasından asılı olmayaraq, bir çox qadınla eyni vaxtda ünsiyyət qurmağa daha çox imkan verir. Odur ki, saqqallı kişilərlə münasibətlərin problemli olduğu iddia edilir. Çünki onlar istər-istəməz öz üstünlüklərini açıq şəkildə göstərməyə çalışırlar.