FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır VİDEO FOTO


Digərləri 29 Mar 2020 22:55:00 134 0

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır  VİDEO  FOTO

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Nazirlikdən Son.az-a verilən məlumata görə, belə ki, dünəndən etibarən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.