"Niyə teztez acıram" sualının CAVABI


Digərləri 29 Mar 2020 23:00:00 166 0

"Niyə teztez acıram" sualının CAVABI

Aclıq hissi pəhrizin bütün qaydalarına dəqiqliklə əməl etməyi çətinləşdirir.

Son.az xəbər verir ki, türkiyəli dietoloq Kübra Çıtlak Dəmir "Niyə tez-tez acıram" suallarına cavab verib. Mütəxəssis bildirib ki, yeməkdən qısa müddət sonra aclıq hissi yenidən baş qaldırırsa, bunun bir neçə səbəbi ola bilər.

Yuxusuzluq

Yuxusuzluq aclıq hormonu qrelinin artmasına və doyma hormonu olan leptinin azalmasına səbəb olur.

Duyğusal aclıq

Stress, problem, qorxu, çaxnaşma kimi vəziyyətlər kortizol hormonunun yüksəlməsi ilə aclıq hissini artırır.

Aclıq və susuzluq hissinin qarışması

Aclıq və susuzluq beynin 2 tərəfindəki hipotalamus tərəfindən idarə olunduğu üçün çoxları bu iki hissi qarışdırır.