Qadın enerjisi haqqında bilmədikləriniz Hindistanlıların İNANILMAZ SİRRİ


Digərləri 29 Mar 2020 22:49:00 152 0

Qadın enerjisi haqqında bilmədikləriniz  Hindistanlıların İNANILMAZ SİRRİ

Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri - Veda qanunlarına əsasən qadın enerjisi üç elementdən ibarətdir. Və onlara digər mifologiyalarda olduğu kimi Veda ilahələrinin adları verilib.

Son.az bu yazıda oxucuları qadın enerjisi haqqında çoxlarının bilmədiyi məlumatlarla tanış edir.

Bəs 3 qadın enerjisi hansıdır?

Lakşmi enerjisi - Rifah tanrıçası;

Sarasvati enerjisi - Bilik tanrıçası;

Durqa enerjisi - Mübarizə və döyüş tanrıçası.

Bilik və yaradıcılığı Sarasvati enerjisinin sayəsində inkişaf etdiririk. Sevmək və qayğı göstərmək, ailənin rifah halını artırmaq və kişini ruhlandırmaq Lakşmi enerjisinin vəzifələrinə aiddir.

Ancaq Durqanın enerjisi haqqında nadir hallarda danışırıq. Durqa enerjisi hər bir qadında var. Onu tez-tez kişilik enerjisi ilə qarışdırır və üzə çıxmasına icazə vermirik. Bu isə Veda qanunlarına əsasən yaxşı deyil. Bu da onu göstərir ki, biz Durqa enerjisi haqqında heç bir şey bilmirik. Odur ki, bu enerjinin əsl mahiyyəti ilə tanış olmağa dəyər.

Bu, kişi enerjisidir?

İlk şübhə, ümumiyyətlə, bu enerjinin cinsiyyətini təyin etməyə çalışdığımız zaman ortaya çıxır. Qadın yolu ilə getmək və kişi enerjisi ilə yüklənmək istəmirsən. Və tez-tez Durqanın enerjisinə "Toxunma, təhlükəlidir" yarlığını yapışdırıb yan keçirik. Və tamamilə boş yerə. Çünki istiqamət vektoruna görə, enerjinin növünü fərqləndirmək çox asandır: Kişi enerjisi rəqabət, mübarizə, torpaqların fəthi və liderlik enerjisidir. Yəni kişi enerjisi həmişə xaricə və kənara doğru yönəldilir. Digər insanlara, ətrafdakılara. Yaxınlarını qorumaq üçün kişi istismar və fədakarlıq göstərməyə qadirdir.

Durqa qadın enerjisi isə fövqəladə vəziyyətlərdə qurtuluş və özünümüdafiə enerjisidir. Qadın enerjisi həmişə daxilə yönəldilir. Uşaqlarını qoruyan qadın sanki özünün bir hissəsini qoruyur. Təhlükəli vəziyyətlərdə onun reaksiyası o qədər sürətli və dəqiqdir ki, sanki təhlükədə başqa bir insan yox, ayağı və ya qoludur.

Bəs bu yaxşı enerjidirmi?

Ümumiyyətlə, bu yerdə enerji vəziyyət və davranışlar əsasında qiymətləndirilir. Yaxşı olmaq və doğru olmaq - çoxumuz üçün sevilmək deməkdir. Bu enerjinin lazım olduğunu başa düşmək üçün onun faydalarına baxaq. Hansı hallarda bu enerjiyə ehtiyacımız var?

Eksterimal hallardan başlayaq. Övladının həyatı təhlükədə olan istənilən qadın belə hallarda şirə dönür. Cinayətkarın üstünə yıxıla və ya körpəni xilas edə bilər. Bu keyfiyyəti pis və ya faydasız adlandırmaq olarmı?

Çətin vəziyyət yarandıqda müharibə, məhsul çatışmazlığı və s. bu kimi hallarda qadın nəinki sağ qala, həm də uşaqlarını xilas edə bilər. Mühasirəyə alınmış Leninqradın dəhşətli hekayələrini, anaların belə ekstremal şəraitdə uşaqlara necə və qətiyyətlə kömək etdiyini xatırlayın. Ancaq gündəlik həyatda buna ehtiyac varmı? Bəlkə bu, yalnız çətin anlarda girmək lazım olan gizli bir otaqdır... Sülh dövründə bəlkə bu otağın açarını itirməyə dəyər? Allah bizə heç nəyi səbəbsiz vermir. Allah tərəfindən bizə verilən xüsusiyyətlərin mahiyyəti yaxşı məqsəd və xoş niyyət daşıyır. Biz o zaman əziyyət çəkirik ki, ilahi qüvvələrin göndərdiyi hədiyyələrə "pis" etiketləri yapışdırırıq.

Durqa enerjisini istifadə etməyən qadında nə baş verir?

Nə istədiyini bilmir. Qəribə keçiddir? Ancaq özünümüdafiə enerjisinin kökünə bir daha baxaq. Əgər bir qadının istəkləri özünə aiddirsə, onda arzulamaq istəyi həyatının əsasını təşkil edir. Qadın Durqa enerjisindən istifadə etmirsə, bununla başqalarının onunla pis münasibət göstərməsinə imkan yaradır. Bu yenə özünümüdafiə ilə əlaqədardır. Özlərini döyməyə, alçaltmağa və təhqir etməyə imkan verən qadınlar ikiqat səhv edir. Nəinki ruhlarını, həm də təbiətlərini məhv edirlər. Üstəlik bu səhvi dəfələrlə təkrar etməklə sevdiklərinin də mənfi tərəflərini qabardırlar. Sonra anlamasanız da, bu səhvin bədəlini ödəməli olursunuz.

Ərini tərbiyə edə bilmir, çünki o, bu prosesin mahiyyət və vacibliyini dərk etmir. Mübarizə aparmadan təslim olmaq üçün səbəb axtarır. Onun əvəzinə çalışır. O, öz ərini ilhamlandıra bilmir. Unutmayın ki, qadın istəkləri kişi tərəqqisinin hərəkətverici qüvvəsidir. Çətin günlərdə də sizi ruhlandıran tapşırıqlar lazımdır. Bir mənzildə yaşamaq və kommunal xərcləri ödəmək eyni ölçüdə sevinc gətirmir. Ancaq ərindən yeni bir üzük hədiyyəsi alan həyat yoldaşı başqa söhbətdir. Məqsədlər hər zaman daha yüksək səviyyədə qoyulmalıdır. Lakin Durqa enerjisindən istifadə etməyən qadın evin işığı, paltar və digər məsələlər üçün pul istəməyə utanacaq və narahat olacaq.

Onun heç bir fikri yoxdur!

Belə bir qadın istənilən bir adamla evlənməyə razı olacaq, hətta xoşbəxt olmayacağını bilsə belə.

O, ürəyinin apardığı deyil, valideynlərinin məsləhət bildiyi sahə üzrə təhsil almağa razı olacaq. Hətta bütün həyatı boyu nifrət etdiyi işdə çalışa bilər.

Sevmədiyi insanlarla ünsiyyət qura, dostluq edə, hətta istifadə olunmasına göz yuma bilər.

Qətiyyəti yoxdur ki, yox deyə bilsin.

Buna görə də o, hər kəs üçün hər şeyi edir, özünə isə vaxt ayıra bilmir. O, problemsizdir. Bunu hamı bilir. Bir çoxu da bundan istifadə edir.

Paklığını qoruya bilmir.

Çox vaxt qızlar tərk edilmək qorxusu ilə intim münasibətlərə razı olur. Və tez-tez qızlar istifadə edildiyini qəlbinin dərinliklərində hiss edir. Bununla onlar nəinki özlərini məhv edir, həm də gənc oğlanlara zərər verirlər. Bəli, bu oğlanlar da gələcəkdə bu hərəkətlərinə görə cavab verməli olacaq. Sərhədləri təyin edə və mənəvi dünyasını qoruya bilmir. Hər kəs onun həyatına qarışa və əmr verə bilər. Yalnız özündən başqa. Bu nəticəyə gəlirik ki, Durqa enerjisinə sahib olmadan özünə hörmət etmək mümkün deyil.

Veda əfsanələrində bir kraliça təsvir olunur. Əri döyüşə gedəndə kraliça sarayda qalır. Lakin döyüş meydanında padşah düşmən qüvvələrinin çox olduğunu görüb geri çəkilir, qorxuya düşüb saraya qaçır. Ancaq saraya qayıdanda təəccüblənir. Əziz və sevimli həyat yoldaşı qapını açmaqdan imtina edir. Üstəlik, həyat yoldaşını tanımadığını söyləyir: "Ərim güclü və cəsarətlidir. O, döyüş meydanından heç vaxt qorxub qaçmaz. Sonuna qədər vuruşacaq. Və ya qazanacaq, ya da öləcək".