Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar? Müğənni Şəfa haqqında maraqlı faktlar FOTO


Şou-biznes 29 Mar 2020 22:25:00 257 0

Komada olanda Alim Qasımovu onun yanına niyə çağırdılar?  Müğənni Şəfa haqqında maraqlı faktlar  FOTO

Bu gün gənc yaşda avtomobil qəzasında həyatını itirən müğənni Şəfa Hüseynovanın doğum günüdür. Son.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Şəfa Hüseynova 1975-ci il martın 29-da Qərbi Azərbaycanın Göyçə mahalının Qaraqoyunlu dərəsində müəllim ailəsində anadan olub. 1988-ci ildə ailə Sumqayıt şəhərində məskunlaşıb. 13 yaşlı Şəfa 28 saylı orta məktəbdə təhsil almağa başlayıb. O, ilk dəfə ekranlarda "Sübh şəfəqləri" verlişində görünüb. Türkiyənin Ege Universitetinin filologiya fakültəsinə qəbul olunub. İki ildən sonra isə vətənə qayıdaraq Bakı dövlət universitetində təhsilini davam etdirib.

***

Şəfanın adını ədəbiyyat müəllimi olan atası qoyub. Bu ad isə Vidadi Babanlının romanlarından birinin baş qəhrəmanının adı olub.

Uşaqlıqdan poeziyanı sevən Şəfa əruzu, şeiriyyəti çox yaxşı mənimsəyib. Özü də şeilər yazırmış. Bir dəfə isə toyda mahnı ifa edən Şəfa insanların diqqətini özünə cəlb edir. O gündən sonra o, müğənni kimi fəaliyyət göstərməyə başlayr.

***

Şəfa Hüseynova bir dəfə ailəli olub. Ailəsi onun evlənəcəyi adamla ailə qurmasına qarşı olub. Lakin, o, həmin şəxsi sevdiyini deyərək onunla nigaha girib. Həyat yoldaşı Anar "N-brothers" qrupunun ilk solistlərindən biri olub. Onların evliliyi cəmi üç ay çəkib. Şəfanın qardaşının dediyinə görə ayrılığa səbəb Anarın Şəfaya qarşı başqa qadınlarla xəyanət etməsi və ondan maddi tələblərinin çox olması olub.

Şəfa həyat yoldaşından ayrılsa da onu çox sevib. İfa etdiyi bir çox mahnıları xüsusilə "Geri dön" mahnısını məhz Anar üçün yazıb. Bir dəfə qardaşı onu mətbəxdə keçmiş əri üçün yazılan mahnıya qulaq asıb ağladığı yerdə görüb. Şəfa keçmiş ərini hələ də sevdiyini və mahnını onun üçün yazdığını ağlaya-ağlaya etiraf edib.

***

Həyat yoldaşından, sevdiyi insandan ayrılandan sonra müğənni şəxsi həyatla bağlı hər şeyi unudur. Bütün fikrini sənətinə yönəldir. Onun özü ilə bağlı bircə arzusu olur. Nə zamansa ana olmaq.

Şəfanın ən yaxın dostlarından biri müğənni Elton Quliyev olub. Onun sənətə gəlməsində Şəfann çox böyük rolu olsa da, müğənni həyatını itirəndən sonra Elton Şəfanın yaxınları ilə heç zaman əlaqə qurmayıb. Hətta başsağlığı belə verməyib.

***

Müğənni son zamanlar efirlərə çıxmaqdan imtina edirmiş. Daha çox el şənliklərində oxuyurmuş. Bunun əsas səbəbi isə siması ilə bağlı kompleksli olması olub. Burnunu estetik əməliyyat elətdirəndən sonra efirlərə yenidən çıxmağa başlayıb.