İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir


Dünya 29 Mar 2020 22:15:00 151 0

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz şəhərindəki Cundi Şapur Tibb Elmləri Universitetində (Ahvaz Jundishapur University of Medical Sciences) koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu universitetin elmi heyətinin üzvü Mənsur Əmin Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

M.Əminin sözlərinə görə, Əhvaz şəhərinin Razi xəstəxanasında bitkidən alınan flavonoidlə hazırlanan bu dərman indiyədək 10 xəstə üzərində sınaqdan keçirilib.

O əlavə edib ki, 5 koronavirus daşıyıcısı bu dərmana müsbət reaksiya verib və ilkin nəticələr dərmanın COVID 19-un müalicəsində effektiv olduğunu göstərir.

İranlı tibb rəsmisi digər xəstələrin də bu dərmana müsbət reaksiya verəcəyinə ümid edib.