Moskvada insanların hərəkətinə məhdudiyyətlər qoyulacaq


Dünya 29 Mar 2020 21:51:38 102 0

Moskvada insanların hərəkətinə məhdudiyyətlər qoyulacaq

Mart ayının 30-dan etibarən yaşından asılı olmayaraq, Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq ediləcəkdir.

Mart ayının 30-dan etibarən yaşından asılı olmayaraq, Moskvanın bütün sakinləri üçün özünütəcrid rejimi tətbiq ediləcək.

“Report”“RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyaninin saytında məlumat verilib.

Belə ki, mənzildən çıxmağa yalnız təcili tibbi yardım üçün müraciət edildikdə və həyat və sağlamlığa digər birbaşa təhdidlər halında icazə veriləcək. Dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib halda işə getmələri tövsiyə edilib.

Şəhər sakinləri ən yaxın ərazidə işləyən mağazada və ya aptekdə alış-veriş edə biləcəklər. Bundan başqa, ev heyvanlarını yaşayış yerindən yüz metrdən çox olmayan məsafədə gəzdirə biləcəklər.

Eyni zamanda şəhər ərazisində insanların hərəkəti ciddi şəkildə məhdudlaşdırılacaq və yaşadıqları ərazidən müəyyən edilən məsafədən uzaq getmələri üçün xüsusiburaxılış icazəsilazım olacaq. Buraxılış icazəsihökumət tərəfindən təqdim ediləcək.