Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb


Dünya 29 Mar 2020 21:15:00 130 0

Misirdə koronavirusdan ölənlərin sayı 36 nəfərə çatıb

Misirdə COVID-19 virusundan ölənlərin sayı 36 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son bir sutkada xəstəlikdən 6 nəfər dünyasını dəyişib. Onların biri İtaliya, qalanları Misir vətəndaşlarıdır.

Nazirliyin məlumatında bildirilib ki, martın 28-də ölkədə koronavirusa 40 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 576 nəfərə çatıb. Virusa yeni yoluxanlardan biri İordaniya vətəndaşı, digərləri yerli sakinlərdir. Eyni zamanda, ötən gün 6 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam sağalanların sayı 122 nəfərdir.