Özbəkistanda sutka ərzində COVID19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb


Dünya 29 Mar 2020 21:05:00 117 0

Özbəkistanda sutka ərzində COVID19 koronavirusuna yoluxanların sayı 29 nəfər artıb

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 29 nəfər artaraq 133 nəfərə çatıb. Bu, Özbəkistanda koronavirus epidemiyası başlayandan bəri sutka ərzində ən böyük rəqəmdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, indiyədək koronavirusdan 2 nəfər ölüb, yeddi nəfər sağalıb və onlar reabilitasiya mərkəzinə göndərilib. Virusa yoluxanların 19-na pnevmoniya diaqnozu qoyulub. Səkkiz xəstənin vəziyyəti ağır olaraq qalır.

Xatırladırıq ki, COVID-19 koronavirusuna yoluxan xəstələr Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.