Koronavirusdan sağalan gənc şənlik keçirdi


Digərləri 29 Mar 2020 20:40:00 129 0

Koronavirusdan sağalan gənc şənlik keçirdi

Pakistanın Ravalpindi şəhərində koronavirus xəstəliyinə qalib gələn şəxs yenidən virusa yoluxub.

Son.az xəbər verir ki, iki həftə COVID-19 virusundan müalicə alan şəxs tam sağalaraq evə buraxılıb. Bu qələbəni qeyd etmək qərarına gələn gənc evində qonaqlıq təşkil edib.  

Şənlikdən bir neçə gün sonra gənc qəflətən özünü pis hiss edib. Həkimə müraciət edən gəncin koronavirus testləri pozitiv çıxıb. O, yenidən ikinci dəfə bu xəstəliyə yoluxub.

Hazırda aidiyyatı qurumlar şənlikdə iştirak edən digər şəxslərin saxlanılaraq, karantinə yerləşdirilməsinə çalışırlar. (ölkə.az)