İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur


Dünya 29 Mar 2020 20:45:00 106 0

İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunur

Dünyanı bürüyən koronavirusdan indiyədək 30 min 852 nəfər həyatını itirib, bunlardan 10 min 23 nəfər İtaliyanın payına düşür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu günədək ölkə üzrə 92 min 427 yoluxma faktı qeydə alınıb. Hazırda 70 min 65 nəfər müalicə alır. İtaliyada xəstəliyə yoluxanların sayında azalma müşahidə olunur. Belə ki, son bir sutkada 924 nəfər müalicədən sonra evə buraxılıb, sağalanların sayı 12 min 384 nəfər təşkil edib.

İtaliyanın Baş Naziri Cüzeppe Konte son iclasda deyib ki, müsbət tendensiya belə davam edərsə, gələn həftə bir sıra istehsal müəssisələrinin yenidən açılması məsələsi müzakirə oluna bilər.