"Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür"


Dünya 29 Mar 2020 19:20:00 120 0

"Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür"

"Koronavirus pandemiyası çox ciddi təhlükəli həddə çatıb. Milli mənsubiyyətindən, dinindən və dilindən asılı olmayaraq bütün məmur və sadə vətəndaşlar vəziyyətin ciddiliyini nəzərə almalıdırlar".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Xidmətinin rəhbəri Amiran Qamkrelidze söyləyib.

A.Qamkrelidze deyib: "Bizdən daha güclü iqtisadiyyata və səhiyyəyə malik olan Avropa ölkələrində də vəziyyət çox ağırdır. Biz hamımız bunu görürük və bundan bir nəticə çıxarmalıyıq. Epidemiya riski həqiqətən ölkəmizdə də mövcuddur. Təhlükə ciddidir, qarşıdakı 1 ay çox çətin olacaq. Buna görə də bu iki ayı evdə olmalıyıq. Səhiyyə Nazirliyinin və Gürcüstan hökumətinin tövsiyələrinə əməl etməliyik. Əgər buna riayət etməsək, qarşıdakı 4 həftə ərzində ölkədə epidemiyanın yayılması təhlükəsi böyükdür. Buna görə də hər kəsdən bir daha qaydalara əməl etməyi xahiş edirəm".