Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb


Dünya 29 Mar 2020 18:50:22 106 0

Britaniyada koronavirusdan ölənlərin sayı 1 228 nəfər çatıb

Böyük Britaniyada gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 200-dən çox artaraq 1 228 nəfərə çatdı.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, ümumilikdə COVİD-19 virusuna yoluxmuş xəstələrin sayı ölkədə 19522 nəfərdir.

Britaniya hökumətində etiraf edirlər ki, yoluxmuş şəxslərin real sayı təsdiqlənmiş halların sayından xeyli çox ola bilər, çünki analizlər yalnız xəstəxanalarda olan pasiyentlərdə aparılır.