Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir?


Digərləri 29 Mar 2020 18:31:20 110 0

Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur.

Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır.