Naxçıvanda koronavirus yoxdur


Digərləri 29 Mar 2020 18:38:00 150 0

Naxçıvanda koronavirus yoxdur

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma halı qeydə alınmayıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov deyib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

"Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir labaratoriya qurulub ki, həmin labaratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn market də fəaliyyətə başlayıb. Və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır".