ABŞın Arkanzas ştatında güclü qasırğa olub


Dünya 29 Mar 2020 18:23:00 104 0

ABŞın Arkanzas ştatında güclü qasırğa olub

ABŞ-ın Consboro (Arkanzas) şəhərində baş verən qasırğa nəticəsində ən az altı nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə CNN telekanalı xəbər yayıb.

Təbii fəlakət nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, avtomobillər aşıb. CNN-in məlumatına görə, xilasedicilər mümkün qurbanların axtarışını davam etdirir.

Qasırğalar Arkanzasın bir sıra şəhərlərində, həmçinin Ayova ştatında da qeydə alınıb.