Filippində təyyarə uçuş zamanı qəzaya uğrayıb


Dünya 29 Mar 2020 18:19:09 125 0

Filippində təyyarə uçuş zamanı qəzaya uğrayıb

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında göyərtəsində bir neçə sərnişin olan “Lion Air” aviaşirkətinə məxsus təyyarə uçuş həyata keçirərkən qəzaya uğrayıb

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında göyərtəsində bir neçə sərnişin olan “Lion Air” aviaşirkətinə məxsus təyyarə uçuş həyata keçirərkən qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti “Twitter” səhifəsində məlumat verib.

Bildirilib ki,qəza yerinə yanğınsöndürənlər və təcili yardım maşınları gəlib. Qəzanın başqa təfərrüatı barədə bilgi verilmir.