"Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır"


Digərləri 29 Mar 2020 18:16:00 119 0

"Koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır"

Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır. Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, yaşı 65-dən yuxarı olan şəxslər üçün infeksiya daha çox təhlükəli olduğuna, onların həyatına ciddi risk yaratdığına görə, həmin kateqoriyaya aid olan şəxslər qaydalara birmənalı şəkildə əməl etməli və bayıra çıxmamalıdırlar:

"Azərbaycanda bu virusla bağlı qabaqlayıcı tədbirlər görülsə də, bəziləri bu qaydalara riayət etməyərək çölə çıxır və özlərini real təhlükəyə atırlar. İnsanlar bazarlarda, marşrutlarda məsafə saxlamırlar. Bunlar narahatlıq yaradır. Hesab edirəm ki, bu cür qayda pozan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Rayondan avtomobilin yük yerində gələn şəxsə qarşı cinayət işi başlandı. Biz istəmirik ki, hər kəs cəzalandırılsın. İnsanlar özlərinin, ailə üzvlərinin, yaxınlarının təhlükəsizliyi üçün evdə oturmalı, ehtiyac olmadığı halda küçələrə çıxmamalıdırlar. Hər kəs bu qaydalara riayət etməlidir. Biz hamımız həmrəy olmalıyıq. Dövlət insanların təhlükəsizliyi üçün bütün tədbirləri görür, vətəndaşını qorumaq üçün bütün vasitələrdən istifadə edir. Biz də evdə qalaq, özümüzün və yaxınlarımızın sağlamlığını qoruyaq. Biz hamımız birləşməli, birlik nümayiş etdirməli, virusa qalib gəlməliyik. İnanıram ki, Azərbaycan xalqı qaydalara əməl edəcək və bu virusa qalib gələcəyik".

Millət vəkili bildirib ki, Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyət nəzarət altında saxlanılır: