Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi


Digərləri 29 Mar 2020 18:17:00 113 0

Futzal Federasiyasının sabiq prezidenti vəfat etdi

Azərbaycan futzalına ağır itki üz verib. 

Son.az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Futzal Federasiyasının (AFF) sabiq prezidenti və İcraiyyə Komitəsinin üzvü Ağarza Rzayev 66 yaşında vəfat edib. 

Onun ürək tutmasından öldüyü bildirilir. 

A. Rzayev 1999-2008-ci illərdə AFF-nin prezidenti olub, 2018-ci ildən isə qurumun İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərirdi. 

Allah rəhmət eləsin!