Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib


Kriminal 29 Mar 2020 18:08:47 150 0

Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Nazirlər Kabineti "Filmlərin yayım və nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi qaydalarında dəyişiklik edib.

Son.az Trend-ə istinadən bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Dəyişikliyə əsasən, "bütün tamaşaçı kateqoriyaları üçün, 14 yaşdan yuxarı olan tamaşaçılar üçün, 18 yaşdan yuxarı olan" sözləri "universal", "6-", "6+", "12+", "16+", "18+" sözləri ilə əvəz edilib.

Bununla yanaşı, dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.