Gürcüstan Rusiya vətəndaşlarını sərhəddən geri qaytardı


Dünya 29 Mar 2020 17:11:00 105 0

Gürcüstan Rusiya vətəndaşlarını sərhəddən geri qaytardı

Ermənistandan Rusiyaya quru yolu ilə qayıtmaq istəyən Rusiya vətəndaşları Gürcüstan sərhədindən geri qaytarılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi açıqlama yayıb.

Açıqlamada vətəndaşlara Rusiyaya qayıtmaq üçün hava yolundan istifadə etmələri tövsiyə edilib.

Qeyd edək ki, Gürcüstan hökuməti martın 16-dan etibarən bütün xarici vətəndaşların ölkəyə girişini iki həftə müddətinə dayandırıb.