Bakıda sərnişin avtobusu yol ayrıcına çırpıldı FOTO


Digərləri 29 Mar 2020 17:13:00 130 0

Bakıda sərnişin avtobusu yol ayrıcına çırpıldı  FOTO

"Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına ziyan dəyib.

Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə,  4 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu avtomobil tunelində idarəetmədən çıxaraq yol ayrıcına çırpılıb. 

Nəticədə yol ayrıcında quraşdırılmış yol nişanı, elektron tablo və divar üzlükləri sıradan çıxıb.

Hazırda qəzanın fəsadları əraziyə cəlb olunmuş AAYDA-nın əməkdaşları tərəfindən aradan qaldırılır.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.