İranda bir gündə 123 nəfər koronavirusdan ölüb


Dünya 29 Mar 2020 16:52:00 88 0

İranda bir gündə 123 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində yeni koronavirus (COVID 19) nəticəsində 123 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.

Son.az bildirir ki, bu barәdә Trend nazirliyә istinadәn mәlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusdan ölənlərin sayı 2 640 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutka ərzində 2 901 nəfərin bu virusa yoluxduğunu və ümumilikdə İranda bu virusa yoluxanların sayının 38 309 nəfərə yüksəldiyini deyib.