Alimlər koronavirusun dəyişmə tempini araşdırıb


Sosial 29 Mar 2020 17:01:35 142 0

Alimlər koronavirusun dəyişmə tempini araşdırıb

Alimlər koronavirusun 7 ştammını təhlil edərək virusun mutasiya sürətini dəyərləndiriblər

Alimlər koronavirusun 7 ştammını təhlil edərək virusun mutasiya sürətini dəyərləndiriblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “USA Today” telekanalının efirində Kaliforniya Universitetinin Tibb və infeksion xəstəliklər kafedrasının professoru Çarlz Çiu açıqlayıb.

“Virus elə yavaş mutasiya edir ki, onun ştammları bir-birinə çox oxşayır”, - professor bildirib.

Qeyd edilir ki, SARS-CoV-2 virusu qripin viruslarından 8-10 dəfə daha yavaş mutasiya edir.