Bakıda iki mənzil yandı


Digərləri 29 Mar 2020 16:58:00 109 0

Bakıda iki mənzil yandı

Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında iki mənzil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli 6 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m2 birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.