Ruhani: "Virusla yaşamağa hazırlaşmaq lazımdır"


Dünya 29 Mar 2020 17:07:00 128 0

Ruhani: "Virusla yaşamağa hazırlaşmaq lazımdır"

İranda koronavirusun yeni növü ilə yaşamağa hazırlaşmaq lazımdır.

Bunu İran prezidenti Həsən Ruhani koronavirusla mübarizə komitəsinin iclasında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

H.Ruhaninin sözlərinə görə, bu virus müalicəsi və ya vaksini tapılanadək bir və ya iki il davam edə bilər.

İran prezidenti deyib ki, İranda koronavirusun maksimum səviyyəsi Novruz bayramı istirahət günlərindən sonra bəlli olacaq.

Ruhani əlavə edib ki, bəzi vilayətlərdə maksimum səviyyə arxada qalsa da, bəzi vilayətlərdə vəziyyət hələ də ağırdır.