Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb


Digərləri 29 Mar 2020 17:08:00 112 0

Bakıda bəzi yeraltı piyada keçidlərində hərəkət məhdudlaşdırılıb

Bəzi yeraltı piyada keçidləri ilə hərəkət məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejiminin gücləndirilməsi nəticəsində dənizkənarı bulvar, park və istirahət məkanlarına yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.