Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı


İqtisadiyyat 29 Mar 2020 16:09:04 117 0

Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı

Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdən sonrabu barədə əlavə məlumat veriləcək.