İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü


Dünya 29 Mar 2020 15:41:21 133 0

İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü

Şahzadənin 86 yaşı var idi və o, Avropanin monarxik nəsillərində COVID-19-dan vəfat edən ilk şəxs olub

© 24 kanal

İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza koronavirusdan ölüb.

Bu barədə “Report” “Radio Svoboda”ya istinadən xəbər verir.

Məlumata görə, şahzadənin 86 yaşı var idi və o, Avropanın monarxik nəsillərində COVID-19-dan vəfat edən ilk şəxs olub.

Mariya Terezanın ölümü barədə kiçik qardaşı şahzadə Sikst Henrix Burbon-Parmaməlumat verib.Parma Burbonlar ailəsi İspaniya kral ailəsinin ən gənc qoludur.

Xatırladaq ki, kral ailələrinin daha iki nümayəndəsi də koronavirusa yoluxub. Bunlar Britaniya taxtının varisi, Böyük Britaniya kraliçası II Elizabetin böyük oğlu şahzadə Çarlz və Monakonun hakim şahzadəsi II Albertdir.

İspaniya koronavirus infeksiyasındanölənlərin sayına görə dünyada ikinci yerdədir. Ölkədə 5 mindən çox insan ölüb.