Bakıda daha 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir


Digərləri 29 Mar 2020 15:37:33 118 0

Bakıda daha 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir

Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi tərəfindən 5 əlavə xüsusi ekspres marşrut xətləri təşkil edilir.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata əsasən, məqsəd, ilk növbədə həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə "BakuBus" MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar 30.03.2020-ci il tarixindən xidmətə başlayacaq.

Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.

Təşkil olunacaq ekspres xətləri

1. M3 Koroğlu m/st - 28 May m/st.

2. M4 20 Yanvar m/st - S.Vurğun bağı

3. M5 Koroğlu m/st - 20 Yanvar m/st