Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır


Dünya 29 Mar 2020 15:26:34 142 0

Qazaxıstanda daha 5 şəhər karantinə bağlanır

Nur-Sultan və Almatı şəhərlərinə Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay da qoşulacaq

Qazaxıstanın Karaqanda vilayətinin beş şəhəri koronavirus səbəbi ilə martın 30-dan etibarən karantinə bağlanacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə vilayətin Mətbuat xidməti məlumat verib.

Beləliklə, artıqkarantinə bağlanmış Nur-Sultan və Almatı şəhərlərinə Karaqanda, Temirtau, Saran, Şaxtinsk və Abay da qoşulacaq.

Son məlumatlara görə, respublikada 251 koronavirusa yoluxma halı qeydə alınıb, 1 nəfər virusun qurbanı olub.

Martın 16-dan etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvədədir.